İDMAN


Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər

Bakı, 22 may, AZƏRTAC

“Mercedes”in pilotu Valtteri Bottas növbəti mövsüm “Reno” komandasına keçə bilər.

AZƏRTAC xəbər verir ki, artıq finlandiyalı pilotun agenti Didye Koton “Reno”nun rəhbəri Siril Abitebulla danışıqlar aparır.

D.Koton “Mercedes”in rəhbəri Toto Volffun biznes tərəfdaşlarından biridir. Görünür, V.Bottas Luis Hamiltonla layiqincə rəqabət apara bilmədiyindən hər iki tərəf münasibətlərə son qoymağı qərara alıb. T.Volff isə mətbuata açıqlamasında indiki mövsümün hələ startı verilməmiş gələn il üçün heyətlərini açıqlamayacaqlarını söyləyib. Deyilənə görə, “Daimler” şirkəti “Ferrari”dən ayrılacaq Sebastyan Fetteli komandaya cəlb etməyi T.Volffa tapşırmaq istəyir. Amma L.Hamiltonla birgə “Mercedes”in icraçı direktoru bunun əleyhinədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.