İQTİSADİYYAT


Valyuta ehtiyatları ilin sonunadək artmaqda davam edəcək

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

“Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatıb. Xarici mühitdə pozitiv meyillərin bu ilin qalan dövründə də davam edəcəyi gözlənilir”, - deyə Mərkəzi Bankın sədri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.