İQTİSADİYYAT


Valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib

Bakı, 26 noyabr, AZƏRTAC

Bu ilin 9 ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 45.1 milyard ABŞ dolları olub.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadla xəbər verir ki, xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Belə ki, 2018-ci ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 45.1 milyard ABŞ dolları təşkil edib. Valyuta ehtiyatları 32 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.