RƏSMİ SƏNƏDLƏR


“Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 10-cu, 11-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298) 1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci hissə üzrə:

1.1.1. 2-ci bənddə “manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə əvəz edilsin;

1.1.2. 4-cü bəndin “b” abzasında “xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“Milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.”.

Maddə 2. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329; 2016, № 6, maddə 1003; 2017, № 7, maddələr 1282, 1292; 2018, № 3, maddə 371; 2019, № 6, maddə 1002) 1-ci maddəsinin birinci hissəsinin on ikinci abzasında “səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də” sözləri “akkreditivlər, habelə səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar da” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22, № 6, maddələr 993, 997, № 11, maddə 1681; 2020, № 8, maddə 1014; 2021, № 2, maddə 116; 2022, № 8, maddə 831; Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanunu) 17-ci maddəsinin birinci hissəsinin 14-cü bəndinə, 19-cu maddəsinin birinci hissəsinin 12-ci bəndinə, XIV fəslinin adına, 74-cü maddəsinin adına, 1-ci hissəsinin birinci cümləsinə, 2-ci (hər iki halda) və 3-cü hissələrinə, 75-ci maddəsinin adına və 2-ci hissəsinə “qiymətli” sözündən əvvəl “sənədli” sözü əlavə edilsin.

Maddə 4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; 2022, № 5, maddə 427, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 609-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 16.6.13-cü maddəyə “qiymətli” sözündən əvvəl “sənədli” sözü əlavə edilsin;

4.2. 21.2-ci və 21.4-cü maddələr ləğv edilsin.

Maddə 5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.2.1-ci maddənin birinci abzasında “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

5.2. 8.2.1.1 – 8.2.1.4-cü maddələrdə “sahib” sözü “mülkiyyətçi” sözü ilə əvəz edilsin;

5.3. 19.3-cü maddənin ikinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

5.4. 24.3-cü maddənin ikinci cümləsində “sahibi olan səhmdarlar” sözləri “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

5.5. 24.5-ci maddənin ikinci hissəsinin birinci cümləsində “sahibləri olan səhmdarların” sözləri “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

5.6. 32.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“32.1.6. öz hesabına və ya müştərilərin hesabına çeklərin, köçürmə veksellərinin, qiymətli metalların və qiymətli daşların, habelə öz hesabına valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərinin alqı-satqısı.”;

5.7. 35.2-ci maddənin ikinci cümləsində “öz aralarında pul vəsaitinin və qiymətli kağızların köçürülməsi, klirinq və hesablaşma mexanizmlərindən istifadə edilməsi, qiymətli kağızların depozitə qəbul olunması və digər ümumi bank xidmətlərinin göstərilməsi,” sözləri “, habelə” sözü ilə, “yaradılması, habelə” sözləri “yaradılması və” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431; Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanunu) 8.0.3-cü və 17.3-cü (ikinci halda) maddələrində “mənzil” sözü “daşınmaz əmlak” sözləri ilə əvəz edilsin.

Maddə 7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461; 2007, № 5, maddə 436, № 11, maddə 1053; 2008, № 5, maddə 348; 2009, № 12, maddə 948; 2011, № 7, maddə 591; 2017, № 10, maddə 1773; 2018, № 12 (I kitab), maddələr 2468, 2527; 2019, № 1, maddə 33, № 5 maddə 792; 2021, № 6 (I kitab), maddə 556) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.0.3-cü maddədə “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü ilə, “sahiblik” sözü “mülkiyyət” sözü ilə əvəz edilsin;

7.2. 1.0.5-ci maddədə “qanuni sahibidir (mülkiyyətçisidir)” sözləri “mülkiyyətçisidir” sözü ilə əvəz edilsin;

7.3. 17.1-ci maddənin ikinci cümləsində “qanuni sahiblərinin” sözləri “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

7.4. 17.2-ci maddədə “qanuni sahibinin” sözləri “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin;

7.5. 18.4-cü maddənin birinci və ikinci cümlələrində “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

7.6. 20.3-cü maddənin birinci cümləsində “sahibinə” sözü “mülkiyyətçisinə” sözü ilə və ikinci cümləsində “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

7.7. 20.5-ci maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

7.8. 20.6-cı maddə ləğv edilsin;

7.9. 21.1-ci maddənin birinci cümləsində “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü ilə, ikinci cümləsində “sahiblər” sözü “mülkiyyətçilər” sözü ilə əvəz edilsin;

7.10. 21.2-ci maddənin birinci cümləsində “qanuni sahibində” sözləri “mülkiyyətçisində” sözü ilə əvəz edilsin;

7.11. 21.4-cü maddədə “qanuni sahibinin” sözləri “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin;

7.12. 22.1-ci maddənin birinci cümləsində “qanuni sahibinin” sözləri “mülkiyyətçisinin” sözü ilə, ikinci cümləsində “qanuni sahibinə” sözləri “mülkiyyətçisinə” sözü ilə əvəz edilsin.

Maddə 8. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci maddə üzrə:

8.1.1. 1.1.3-cü maddənin birinci cümləsində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.1.2. 1.1.7-ci maddədə “sahibinin” sözü “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin və həmin maddədən birinci halda “müvafiq” sözü çıxarılsın;

8.2. 11-ci maddə üzrə:

8.2.1. 11.4-cü maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

8.2.2. 11.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“11.7. Paylar törəmə maliyyə alətlərinin baza aktivi qismində çıxış edə bilməz.”;

8.2.3. 11.9-cu maddədə “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.2.4. 11.10-cu maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.3. 13-cü maddə üzrə:

8.3.1. 13.2.10-cu və 13.2.16-cı maddələrdə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.3.2. 13.2.21-ci maddədə “sahiblərindən” sözü “mülkiyyətçilərindən” sözü ilə əvəz edilsin;

8.4. 15.2-ci maddədə və 15.5-ci maddənin birinci cümləsində “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.5. 16-cı maddə üzrə:

8.5.1. 16.6-cı maddədə “sahibinə” sözü “mülkiyyətçisinə” sözü ilə əvəz edilsin;

8.5.2. 16.7-ci maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.5.3. 16.11-ci maddənin ikinci cümləsində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.6. 17-ci maddə üzrə:

8.6.1. 17.5-ci maddənin üçüncü cümləsində “sahiblik” sözü “mülkiyyət” sözü ilə və “pay sahiblərinin reyestrində” sözləri “mərkəzi depozitarda” sözləri ilə əvəz edilsin;

8.6.2. 17.6.2-ci maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

8.7. 20-ci maddə üzrə:

8.7.1. adında “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.7.2. 20.1-ci maddədə “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə, “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.7.3. 20.2-ci maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.8. 21-ci maddə üzrə:

8.8.1. adında, 21.1-ci, 21.1.2-ci, 21.2-ci, 21.3-cü (hər iki halda), 21.4-cü, 21.6-cı (hər iki halda), 21.11-ci və 21.15-ci maddələrdə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.8.2. 21.4.2-ci maddədə “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.8.3. 21.7-ci maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə, “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.8.4. 21.8-ci maddənin birinci cümləsində “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə, üçüncü cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.8.5. 21.9-cu maddənin üçüncü cümləsində və 21.13-cü maddənin birinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.8.6. 21.12-ci maddənin birinci cümləsində “sahibinə” sözü “mülkiyyətçisinə” sözü ilə əvəz edilsin;

8.8.7. 21.14-cü maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin;

8.9. 23-cü maddə üzrə:

8.9.1. adında və 23.1-ci maddəsində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.9.2. 23.2-ci maddədə və 23.3-cü maddənin birinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.10. 24-cü maddə üzrə:

8.10.1. 24.3-cü maddədə “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə, “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.10.2. 24.4.5-ci maddədə “sahiblərini” sözü “mülkiyyətçilərini” sözü ilə əvəz edilsin;

8.11. 32.1-ci maddədə “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.12. 47-ci maddə üzrə:

8.12.1. 47.3.5-ci maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.12.2. 47.6.2-ci maddədə “sahiblərini” sözü “mülkiyyətçilərini” sözü ilə əvəz edilsin;

8.12.3. 47.9-cu maddədə və 47.12-ci maddənin ikinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

8.12.4. 47.10.4-cü maddədə “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin;

8.12.5. 47.13-cü maddənin birinci cümləsində “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin;

8.13. 48.1.4-cü maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin