DÜNYA
Vamko qasırğası Filippini vurub, Vyetnamda təxliyələr başlayıb
Bakı, 14 noyabr, AZƏRTAC
Filippində tüğyan edən Vamko qasırğası səbəbindən meydana gələn daşqınlarda ölənlərin sayı 42-yə yüksəlib, 20 nəfər itkin düşüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qasırğa nəticəsində bir çox yaşayış məntəqələri elektriksiz qalıb, yollar sıradan çıxıb.
Qasırğanın yaxınlaşdığı Vyetnamda isə təxliyələr başlayıb. Hakimiyyət orqanları 460 minədək sakinə təxliyəyə hazır olmaq təlimatı verib. Ölkənin mərkəzi hissəsində yaşayan uşaqlar və yaşlılar təhlükəsiz yerlərə təxliyə edilib. Həmçinin yaxınlaşan qasırğa səbəbindən beş hava limanının bağlandığı, qatarların hərəkətinin dayandırıldığı bildirilir.
Oktyabrın sonlarında meydana gələn Molave qasırğası nəticəsində Filippində 22, Vyetnamda isə 35 nəfər həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]