DÜNYA


Van İ: Çin-Pakistan əməkdaşlığı narahat və dəyişən dünyada mühüm sabitləşdirici amilə çevrilib

Pekin, 23 may, AZƏRTAC

Çin-Pakistan həmrəyliyi və əməkdaşlığı narahat və dəyişən dünyada mühüm sabitləşdirici amilə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Çinin dövlət müşaviri, xarici işlər naziri Van İ pakistanlı həmkarı Bilaval Bhutto-Zərdari ilə Çinin Quancou şəhərində keçirilən görüşdə deyib.

Bilaval Bhutto-Zərdarinin Pakistanda yeni hökumət qurulandan sonra ikitərəfli formatda ilk xarici səfərini Çinə etməsini xüsusi vurğulayan Çin XİN rəhbəri, bu səfərin iki ölkə arasında ənənəvi dostluğu daha da möhkəmləndirdiyini deyib.

Tərəflər enerji, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat infrastrukturu da daxil olmaqla bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Bilaval Bhutto-Zərdari Pakistanın möhkəm dost kimi Çinin nailiyyətlərini görməkdən məmnun olduğunu bildirib. Pakistan-Çin dostluğunu ölkəsinin xarici əlaqələrinin təməl daşı kimi qiymətləndirən nazir deyib ki, İslamabad “Vahid Çin” siyasətini dəstəkləyir.

Tərəflər planetin narahat və dəyişən dövrə daxil olduğu fikrini bölüşərək, Asiyada sülhün, sabitliyin, əməkdaşlığın və inkişafın sağlam vəziyyətinin region ölkələrinin razılaşdırılmış səylərinin nəticəsi olduğunu vurğulayıblar.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.