İDMAN


Van Persi Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı proqnozlarını verib

Bakı, 22 may, AZƏRTAC 

Futbolçu karyerasını başa vuran hollandiyalı Robin van Persi əvvəllər oynadığı “Arsenal” komandasının “Çelsi” ilə görüşəcəyi Avropa Liqasının final matçı barədə proqnozlarını verib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, R.Persi deyib: “Şəxsən mən “Arsenal”ın üstünlüyə malik olmasını düşünürəm. Onlar bir qədər yaxşıdırlar. Lakin “Çelsi”də Eden Azar var. O, xüsusi oyunçudur, hər an nə isə fikirləşə bilər”.

Xatırladaq ki, “Çelsi”-“Arsenal” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Görüşün baş hakimi italyan Canluka Rokki təyin edilib. 45 yaşlı hakimin briqadasında köməkçilər onun həmvətənləri Filippo Meli və Lorenso Manqanelli olacaq. Dördüncü hakim rolu isə Daniel Orsatoya həvalə edilib. Videoköməkçilər komandasına Massimiliano İrrati başçılıq edəcək. Bu işdə ona Marko Quida, Şimon Marçinyak və Pavel Sokolnitski yardımçı olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.