MƏDƏNİYYƏT


Van Qoqun indiyədək məlum olmayan əsəri onun ev-muzeyinə verilib

Bakı, 18 yanvar, AZƏRTAC

Hollandiyanın postimpressionist rəssamı Vinsent Van Qoqun indiyədək geniş ictimaiyyətə məlum olmayan tablosu Niderlandda aşkar edilib. AZƏRTAC “İzvestiya”ya istinadla xəbər verir ki, Van Qoqun Drente şəhərindəki ev-muzeyi tablonun yeni sahibi olub.

Yerli “RTV Drente” telekanalının yaydığı məlumata görə, əsəri muzeyə 92 yaşlı haaqalı xanım verib. Tabloda bar təsvir olunub. Mütəxəssislərin fikrincə, bu əsər hollandiyalı rəssamın fırçasının məhsuluna çox bənzəyir. Tablonun küncündəki “Vinsent” imzası Van Qoqun müəllifliyinin başqa bir sübutudur.

Mütəxəssislər bildirirlər ki, əsərin orijinallığının müəyyən edilməsi iki aydan bir ilə qədər vaxt apara bilər. O vaxta qədər əsər muzeyin seyfində saxlanılacaq, muzeyə gələnlərə isə onun surəti təqdim ediləcək. Van Qoqun müəllifliyi sübuta yetirilsə, əsərin qiyməti on milyonlarla avroya çata bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.