DÜNYA


Van pişiyi haqqında bilmədiklərimiz

Bakı, 20 may, AZƏRTAC

Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, Van gölünün ətrafında yaşayır və Van pişiyi adlanır.

AZƏRTAC xəbər verir ki, Van pişiyini digərlərindən fərqləndirən əlamət onun genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştaha yeyir və sudan qorxmur. Üzməyi sevən bu pişik cinsinin ovçuluq instinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəl pəncələri ilə yeməyin hərarətini belə yoxlaya bilir. O həm də mühitə tez uyğunlaşmaq qabiliyyətinə də malikdir.

1992-ci ildə 'Van 100-cü İl Universiteti' Van pişiklərinin genetik, morfoloji və fizioloji xüsusiyyətlərini qorumaq üçün Van Pişikləri Araşdırma Mərkəzini (VKAM) təsis edib. Mərkəz saf cins pişiklərlə yanaşı, ailələrin saxladığı pişiklər də maraqlanır.

O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Van pişiyi siçanları ovlamaqla yanaşı, mehriban davranışı və gözəl görünüşü ilə sevimli ev heyvanıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.