DÜNYA


Vanda terrorçulara qarşı aparılan əməliyyatda bir əsgər şəhid olub

Bakı, 22 oktyabr, AZƏRTAC

Türkiyənin Van vilayətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 3 terrorçu öldürülüb.

İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.