MƏDƏNİYYƏT


Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun Polşada nəşr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ev-muzeyinin direktoru Nüşabə Vəkilova-Babayeva şairin polyak ədəbiyyatına xüsusi marağından söhbət açıb. Şairin alman və fransız dillərinə tərcümə olunan şeirlərinin ona bütün dünyada şöhrət gətirdiyini bildirib.

Polşanın Azərbaycandakı səfirinin müşaviri Andjey Yankovski ədəbiyyatın və ədəbiyyat xadimlərinin, şair və yazıçıların yaradıcılığını xalqlar arasında mənəvi körpü adlandırıb. O, xalqlar arasında dostluğun möhkəmlənməsində belə şəxsiyyətlərin, görkəmli şair və yazıçıların əsərlərinin böyük rol oynadığını vurğulayıb.

Diplomat Vaqif Səmədoğlunun bu kitabının Polşada təqdimatının keçirilməsinin vacibliyini bildirib.

Tədbirdə çıxış edənlər Vaqif Səmədoğlunun şeirlərində ümumbəşəri ideyaların əks olunduğunu, hələ sağlığında dünya oxucusunun diqqətini cəlb etdiyini vurğulayıblar. Onun insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkar kimi hələ sağlığında böyük şöhrət qazandığını söyləyiblər. Bildirilib ki, V. Səmədoğlu xalq ruhunun, düşüncəsinin tərcümanı olmaqla yanaşı, həm də qlobal dünyanın tanınmış şairi idi.

Tədbirdə şairin sağlığında fortepianoda böyük həvəslə ifa etdiyi musiqilər səsləndirilib, polyak dilində çap olunan kitabı iştirakçılara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.