MƏDƏNİYYƏT


“Varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” adlı xeyriyyə aksiyası keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində yaşayan qazi övladları üçün Silahlı Qüvvələr Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Silahlı Qüvvələr Gününün dövlətimiz üçün əhəmiyyətindən danışılıb. Şanlı Qələbəmizdə böyük rolu olan qazilərimizin hər zaman diqqət mərkəzində olduğu bildirilib. Çıxışçılar ölkəmizdə qazi ailələrinə dövlət qayğısını vurğulayaraq aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, keçirilən aksiyada Milli Məclisin deputatı Jalə Əhmədova, Müdafiə Nazirliyinin şəxsi heyət baş idarəsinin qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, rayon ictimaiyyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Sonda tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi bədii hissə ilə davam edib və təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.