DÜNYA


Varşavada “Buxarest doqquzluğu” liderlərinin sammiti başlanıb

Varşava, 8 iyun, AZƏRTAC 

Polşanın paytaxtında “Buxarest doqquzluğu” Şimali Atlantika Alyansının şərq cinahı ölkələrinin daxil olduğu liderlərinin sammiti başlanıb.

AZƏRTAC xəbər verir ki, danışıqlarda əsasən regionda təhlükəsizlik və NATO-nun Brüsseldə keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Polşa Prezidenti Ancey Duda ümidvar olduğunu bildirib ki, NATO sammitində “Avropanın bizə aid hissəsində təhlükəsizlik və əməkdaşlıq şəraiti perspektivlərini işləyib hazırlamaq mümkün olacaq”.

Bununla bərabər prezident qeyd edib ki, Buxarest doqquzluğu “360 dərəcə” prinsipinə riayət edir, yəni bütün Şimali Atlantika Alyansı ərazisində və potensial təhdid mövcud olan yerlərdə təhlükəsizliyin qayğısına qalır.

“Buxarest doqquzluğu”nun Varşavada keçirilən sammiti çərçivəsində siyasi sessiya ilə bərabər NATO-nun Avropadakı sabiq komandanlarının iştirakı ilə militar sessiya da keçiriləcək.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.