DÜNYA


Varşavada Polşanın müstəqilliyinin 100-cü ildönümündə millətçilərin yürüşünə qadağa qoyulub

Varşava, 8 noyabr, AZƏRTAC

Polşa hakimiyyət orqanları ölkənin müstəqilliyinin 100 illiyinin qeyd olunduğu gündə millətçilərin və sağçı radikalların yürüşünü qadağan edib.

AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat paytaxt meri Hanna Qronkeviç-Valts tərəfindən verilib. Mer bildirib ki, qərar “Varşavanın təcavüzkar millətçilikdən artıq lazımi qədər əziyyət çəkməsi” ilə bağlı qəbul edilib.

Bundan başqa, H.Qronkeviç-Valtsın sözlərinə görə, polisin tədbirin təhlükəsizliyini təmin etmək üçün bacarığı da narahatlıq doğurur.

Ötən il noyabrın 11-də - dövlət müstəqilliyinin qeyd edildiyi gündə ekstremist qruplaşması olan “Milli-radikal düşərgəsi”nin təşəbbüsü ilə on millərlə millətçi şəhərin küçələrinə çıxmışdı. Onların əksəriyyəti irqçi şüarlar səsləndirib və özləri ilə təxribat xarakterli transparantlar gətiriblər. O vaxt yürüşdə 60 minə yaxın insan iştirak etmişdi.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.