CƏMİYYƏT
Varvara su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Varvara su anbarında icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Yevlax rayon sakini Dünyamin Abdullayev olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxs barəsində 364 manat məbləğində iddia qaldırılıb.
Faktla bağlı D.Abdullayev barəsində qanunauyğun tədbir görülməsi üçün toplanmış sənədlər Yevlax Rayon Məhkəməsinə göndərilib.