İDMAN


Vasif Durarbəyli Cəbəllütariq şahmat festivalının “Masters” turnirində Yan Verle ilə qarşılaşır

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin doqquzuncu turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli növbəti partiyada niderlandlı Yan Verle ilə qarşılaşır. V.Durarbəyli ötən turda türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xal ehtiyatını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 18-ci yerə yüksəlib.

Təmsilçimiz Şəhriyar Məmmədyarov səhhətində problem yarandığı üçün turnirdə çıxışını dayandırıb. Qeyd edək ki, sonuncu - səkkizinci turda hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilmişdi.

Ötən səkkiz turun nəticələrinə görə Ş.Məmmədyarov 5 xalla 41-ci pillədə qərarlaşıb.

On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.