Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vasif Eyvazzadə: Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər maraqlardan daha çox dəyərlərə söykənir

Vasif Eyvazzadə: Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər maraqlardan daha çox dəyərlərə söykənir

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin bilavasitə iradəsi və dəstəyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə həyata keçirilən çoxsaylı layihələr böyük rol oynayır. Ölkə rəhbərliyi tərəfindən irəli sürülən təşəbbüs və fəaliyyətlər dövlət orqanlarının da qarşı tərəflə münasibətlərin qurulmasına öz töhfələrini verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Qeyd edib ki, Prezident İlham Əliyevin İtaliyaya sonuncu dövlət səfəri zamanı 2020-ci il bu ölkədə mədəniyyət baxımından “Azərbaycan Mədəniyyət İli” elan olunub: “Azərbaycan Mədəniyyət İli” çərçivəsində çoxsaylı tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin planı Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Tədbirlər planında Azərbaycan mədəniyyətinin təbliği, musiqimizin təqdimi, kino günlərinin keçirilməsi və digər çoxsaylı tədbirlər il ərzində reallaşdırılacaq. Mədəniyyət ilində keçiriləcək tədbirlərə Azərbaycanın Mədəniyyət Nazirliyi və digər müvafiq dövlət orqanları da lazımi dəstək göstərəcək”.

Vasif Eyvazzadə vurğulayıb ki, Azərbaycan-İtaliya mədəni əlaqələrinin hazırkı mərhələsini üç sənəd tənzimləyir. İki ölkə arasında 2002-ci ildə mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş, 2014-cü ildə mədəni əməkdaşlığın inkişafına dair sənəd imzalanıb. 2020-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeski arasında yenilənmiş bir memorandum imzalanıb: “Bu sənədin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, burada daha çox konkret istiqamətlər və fəaliyyətlər öz əksini tapıb. Memorandum iki ölkə arasında qarşıdakı illərdə mədəniyyətin bir sıra istiqamətlərində əməkdaşlığı nəzərdə tutur. Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılması, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunması, eyni zamanda, İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə olunmasıdır. Bundan əlavə, ölkəmizə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da bu kontekstdə həyata keçiriləcək”.

Nazirliyin rəsmisi qeyd edib ki, bu memorandumun imzalanması Azərbaycanda kino sənətinin inkişafına da böyük töhfə olacaq. “Birgə film festivallarının keçirilməsi, Azərbaycanda İtaliya kinosu, İtaliyada Azərbaycan kino günlərinin keçirilməsi, kino istehsalı və onun təbliğində birgə fəaliyyət, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi də bir istiqamətdir. Qarşılıqlı əlaqələr, həmçinin teatr sahəsinə də müsbət təsir göstərəcək”, - deyə V.Eyvazzadə bildirib.

Azərbaycan-İtaliya münasibətlərinin qədim tarixə malik olduğunu vurğulayan şöbə müdiri deyib ki, iki ölkə arasında mədəni əlaqələrin formalaşmasında tarixi İpək Yolu da böyük rol oynayıb: “Azərbaycan-İtaliya əlaqələrinin kökü böyük tarixə və ənənələrə söykənir. Bu mənada biz Azərbaycan və İtaliya arasında mədəni əlaqələri maraqlardan daha çox, dəyərlərə söykənən münasibətlər kimi qiymətləndiririk. Çünki burada hər iki xalqın qarşılıqlı olaraq dəyərlərinə və irsinə münasibətinin mübadiləsindən söhbət gedir”.

Qeyd olunub ki, son illər iki ölkə arasında mədəni əməkdaşlıq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər təşkil olunub. Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə “Tvinninq” layihəsi həyata keçirilib: “İtaliyada keçirilən silsilə tədbirlərdə Azərbaycan uğurla təmsil olunur. Ölkəmiz hər il İtaliyanın Florensiya şəhərində Romualdo del Bianko Fondu tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda, arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında fəal iştirak edir. Bir tarixi faktı da diqqətə çatdırmaq istərdim. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. O vaxt bu proses daha çox Avropa ölkələri və İslam dünyası arasında mədəni əlaqələrin, mədəniyyətlərarası dialoqun təşviqini nəzərdə tuturdu. “Bakı Prosesi”nin elan olunduğu konfransda moderatorlardan biri İtaliyanın İslam icmasının rəhbəri, Əl Vahid məscidinin imamı Yəhya Pallaviçini olub. Yəni Azərbaycan “Bakı Prosesi”nin əsasını qoyanda bu prosesə İtaliya xüsusi dəstək verib”.

V.Eyvazzadə vurğulayıb ki, 2012-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət Günləri keçirilib və ölkəmiz İtaliya ictimaiyyətinə geniş tanıdılıb. İtaliyanın Florensiya şəhərində yerləşən Uffizi qalereyasında Şah İsmayıl Xətainin və onun oğlu Şah Təhmasibin portretləri saxlanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həmin əsərlər Bakıda Heydər Əliyev Mərkəzində sərgidə nümayiş olunub. Bundan əlavə, son illər İtaliyada Azərbaycana aid olan eksponatların öz adı ilə qeyd olunması da təmin edilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Roma katakombaları bərpa olunub. Bu da İtaliya tarixinə, xristian sivilizasiyasına Azərbaycanın böyük töhfəsi hesab edilir.

Şöbə müdiri, həmçinin Azərbaycanla İtaliya arasında iqtisadi sahədə, xüsusilə də neft-qaz sahəsi üzrə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib. Deyib ki, bu istiqamətdə həyata keçirilən Azərbaycan qazının Avropaya nəqli üçün TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi xüsusi əhəmiyyət kəsb edir: “Bir neçə il öncə TAP layihəsi tamamlandıqdan sonra bu kəmərin keçdiyi ölkələr üzrə mədəniyyət marşrutu formalaşdırmaq təşəbbüsü ilə çıxış etmişdik. Bu ölkələrlə birgə mədəni tədbirlərin təşkili, görüşlərin, konfransların keçirilməsi nəzərdə tutulur. Bu mədəni marşrut reallaşdırıldıqdan sonra Azərbaycandan başlayıb İtaliyada başa çatan proses kimi əhatə oluna və bu ölkələr arasında çoxtərəfli formatda öz töhfəsini verə bilər”.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənəd çoxölçülü, çoxşaxəli, hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib