İDMAN


Vasif Namazov: Bakıda alpaqut üzrə ikinci dünya çempionatı da yüksək səviyyədə təşkil olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Bakıda alpaqut üzrə ikinci dünya çempionatının birinci günü gərgin idman mübarizəsi ilə yadda qaldı. Bu nüfuzlu yarışda 24 ölkədən 500-dən çox idmançının mübarizə aparması turnirə və idmanın bu növünə artan marağın göstəricisidir. Yarışların birinci günündə aşağı yaş qruplarında idmançılar çıxış edirlər. Bu çempionat da yüksək səviyyədə təşkil olunub.

Bu sözləri Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

O qeyd edib ki, birinci dünya çempionatında olduğu kimi budəfəki yarışlarda da Azərbaycan komandası fərqlənir. İdmançılarımız gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda uğurla çıxış edirlər. Ümid edirik ki, komandamız bu yarışı da qələbə ilə başa vuracaq.

Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.