İQTİSADİYYAT
Vasili Qolubev: Azərbaycan və Rostov vilayəti arasında humanitar əməkdaşlıq prinsipial əhəmiyyət kəsb edir
Bakı, 4 mart, Əziz Məmmədov, AZƏRTAC
Martın 4-də keçirilən “Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində Rostov-Don ilə Bakı arasında sərnişindaşımanın inkişafı və birbaşa aviasiya əlaqəsi yaradılması barədə “Azimut” aviaşirkəti və “PASHA Travel” arasında saziş bağlanılıb. Azərbaycan və Rostov vilayəti arasında humanitar əməkdaşlıq prinsipial əhəmiyyət kəsb edir və birbaşa aviareysin açılması ikitərəfli əməkdaşlığın humanitar istiqamətinə öz müsbət təsirini göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Qubernator qeyd edib ki, ali məktəblərin əməkdaşlığı da yaxşı perspektivdir. Hazırda Azərbaycanın altı ali məktəbi ilə Rostov vilayətinin 4 ali məktəbi birbaşa əlaqələrə malikdir. Buna görə də Bakı və Rostov-Don arasında birbaşa aviasiya əlaqəsinin olması müvafiq proqramlara öz səmərəli təsirini göstərəcək.