DÜNYA


Vaşinqton Budapeşti Kiyevlə öz arasında olan münaqişəyə NATO-nu qatmamağa çağırıb

Budapeşt, 13 may, AZƏRTAC

ABŞ Administrasiyası Budapeştdə hüquq bərabərliyinin pozulması kimi hesab edilən “Təhsil haqqında” qanunla bağlı Ukrayna ilə münaqişə məsələsində Macarıstanın tərəfini saxlamaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bununla belə, Vaşinqton Orban hökumətini bu mübahisəyə NATO-nu cəlb etməməyə çağırıb.

Xatırladaq ki, yarım il bundan əvvəl Ukraynanın “Təhsil haqqında” qəbul etdiyi qanunda 2020-ci ildən başlayaraq ölkədə bütün tədris prosesinin Ukrayna dilində keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələr, o cümlədən Macarıstan da buna qarşı çıxış edib.

Ağ Evin nümayəndəsi bu gün Budapeşti məsuliyyətli davranmağa və onunla Kiyev arasında olan anlaşmazlığı birbaşa danışıqlar yolu ilə həll etməyə çağırıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.