DÜNYA


Vaşinqton ştatında 4,5 bal gücündə zəlzələ olub

Bakı, 12 iyul, AZƏRTAC

Bu gün ABŞ-ın Vaşinqton ştatının ərazisində 4,5 bal gücündə zəlzələ olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ geoloji xidmətinin məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 11:51-də (Bakı vaxtı ilə 12:51) qeydə alınıb. Yeraltı təkanların episentri Snoxomiş dairəsində, ocağı isə 22,3 kilometr dərinlikdə yerləşib. Mümkün qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Geoloji xidmət zəlzələ ilə bağlı “yaşıl səviyyə” təhlükəsi elan edib. Bu, tələfat və iqtisadi zərər ehtimalının az olması anlamına gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.