DÜNYA


Vaşinqton ştatında yarımavtomatik silahların satışı məhdudlaşdırılıb

Vaşinqton, 3 yanvar, AZƏRTAC

ABŞ-ın Vaşinqton ştatında sakinlərin odlu silahdan istifadəsini məhdudlaşdıran qanun qəbul edilib.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin yanvarından qüvvəyə minən qanuna görə, yarımavtomatik silahlar yalnız 21 yaşına çatmış şəxslərə satıla bilər. Yeni qanun ötən ilin noyabrında keçirilmiş aralıq seçkilərin nəticəsində qəbul olunub. Həmin vaxt ştatda seçicilərin 59 faizi yeni məhdudiyyətlər haqqında təklifləri dəstəkləyib. Onların qənaətinə görə, bu addım kütləvi atışma hallarının qarşısını almaqda və hüquq-mühafizə orqanlarının odlu silahların dövriyyəsinə nəzarətin həyata keçirilməsində səmərəli ola bilər. Beləliklə, uzunlüləli silah almaq istəyən hər bir şəxs Federal Təhqiqat Bürosunda yoxlamadan keçməli olacaq.

ABŞ-ın Milli Atıcılıq Assosiasiyası yeni qanunu sərt tənqid edib və bildirib ki, bu addım ölkə Konstitusiyasına ziddir. Assosiasiyanın rəhbərliyi qanunun ləğvi üçün Vaşinqton məhkəməsinə iddia ərizəsi verib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.