DÜNYA


Vaşinqtonda 4 nəfəri ildırım vurub

Vaşinqton, 5 avqust, AZƏRTAC

Vaşinqtonda 4 nəfəri ildırım vurub. Hazırda onlar böhranlı vəziyyətdədirlər.

AZƏRTAC xəbər verir ki, zərərçəkənlər hadisə vaxtı Ağ evin qarşısında yerləşən Lafayet parkında olublar. İki kişi və iki qadın güclü ildırım vurmadan sonra “həyat üçün təhlükəli xəsarətlərlə” paytaxt xəstəxanalarına çatdırılıb.

Təcili yardım nümayəndəsinin sözlərinə görə, ABŞ Park Polisinin xidməti formalı zabitləri və məxfi xidmət əməkdaşları da hadisə yerinə gəlib və zərərçəkmişlərə dərhal yardım göstəriblər. Hadisədən əvvəl, avqustun 4-də axşam Milli Meteorologiya Xidməti qasırğa barədə xəbərdarlıq etmişdi.

 
AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.