DÜNYA


Vaşinqtonda ABŞ ilə Çin arasında ticarət danışıqlarının yeni raundu başlanıb

Vaşinqton, 11 oktyabr, AZƏRTAC 

Vaşinqtonda ABŞ Administrasiyası ilə Çinin yüksəkvəzifəli şəxsləri arasında ticarət danışıqlarının yeni raundu başlanıb.

AZƏRTAC xəbər verir ki, Prezident Trampın sözlərinə görə, Çin ABŞ ilə ticarət sövdəsi bağlamağa Trampdan daha çox çalışır. Prezident jurnalistlərə deyib: “Zənnimcə, Çin sövdə bağlanmasını məndən çox istəyir. Məsələ bundadır: sövdə bağlamağı mən istəyirəmmi? Cavab da belədir: Əgər bizim bağladığımız sövdə düzgün olacaqsa, mən bunu məmnuniyyətlə edərəm”.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin və ABŞ Prezidentinin beynəlxalq ticarət danışıqlarında nümayəndəsi Robert Laythizer Çinin Baş Nazirinin müavini Lyu He və onun komandası ilə danışıqlarda ABŞ nümayəndə heyətinə başçılıq edir.

Ticarət məsələlərinə dair fikir ayrılıqları bir ildən çoxdur ki, davam edir. Hər iki tərəfin son məqsədi hərtərəfli saziş bağlamaqdan ibarət olsa da, nümayəndə heyətlərinin qarşısında duran ən mühüm məsələ Vaşinqtonun gələn həftə üçün planlaşdırdığı tariflərin artırılması məsələsidir. Tramp Administrasiyası oktyabrın 15-də 250 milyard dollar dəyərində Çin malları üçün tarifləri artırmağa hazırlaşır. Bundan əlavə, Tramp hədə-qorxu gəlib ki, 2019-cu il dekabrın 15-də Çin mallarına tariflər yenidən artırılacaq. ABŞ 28 Çin şirkətini qara siyahıya daxil etmək və bəzi çinli məmurlara viza verilməsini dayandırmaq niyyətindədir.

Yusif Babanlı

AZƏRTAC–ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.