DÜNYA


Vaşinqtonda Böyük Britaniyanın Baş naziri ilə ABŞ Prezidenti arasında görüş keçirilib

London, 22 sentyabr , AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ağ evdə bağlı qapılar arxasında keçirilən görüşdə Böyük Britaniyanın ABŞ, Meksika və Kanada (USMCA) arasındakı ticarət müqaviləsinə daxil olması müzakirə edilib.

Prezident Co Bayden Krallığı Avropa İttifaqını tərk etdikdən sonra Şimali İrlandiyadakı sülh prosesinə zərər verilməməsi üçün diqqətli olmağa çağırıb. O, ABŞ-ın Şimali İrlandiyada sülhü təmin etmək üçün çox vaxt və səy sərf etdiyini bildirib.

Baş nazir Boris Conson isə bu mövzuda Prezidentlə eyni fikirdə olduğunu və heç kimin Belfast müqaviləsinin yaratdığı sabitliyi pozmasına imkan verməyəcəklərini bildirib.

Qeyd edək ki, Brexit anlaşmasının bir hissəsi olaraq imzalanan Şimali İrlandiya Protokolu Birləşmiş Krallığın bir hissəsi olan Şimali İrlandiya ilə Avropa İttifaqının (Aİ) üzvü olan İrlandiya Respublikası arasındakı ticarət əlaqələrini tənzimləyir.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.