SİYASƏT


Vaşinqtonda Novruz şənliyi keçirilib VİDEO

Vaşinqton, 25 mart, AZƏRTAC 

ABŞ-ın paytaxtı Vaşinqtonda ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı və bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə təntənəli Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, şənliyə həmvətənlərimizlə yanaşı, ABŞ dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin Birləşmiş Ştatlardakı səfirliklərinin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri də qatılıb.

Tədbiri açıq elan edən səfir Elin Süleymanov qonaqları salamlayaraq, tarixi adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramının soydaşlarımız ilə birlikdə ABŞ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, ölkəmizin rəhbəri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın gündən-günə çiçəkləndiyini, dünya ölkələri arasında xüsusi yer tutduğunu qeyd edib. Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında birliyin vacibliyini vurğulayan səfir, istər xoş, istərsə də ağrılı günlərdə bir-birimizə dayaq olmağın önəmini diqqətə çatdırıb.

Tədbirdə milli Azərbaycan musiqisindən ibarət canlı konsert proqramı təqdim edilib, milli rəqslər nümayiş olunub.

Şənlikdə Azərbaycan mətbəxinin ləziz nümunələri və Novruz şirniyyatlarından ibarət ziyafət verilib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.