SİYASƏT


Vaşinqtonda Türk və Azərbaycan icmalarının etiraz nümayişi keçirilib VİDEO

Vaşinqton, 25 aprel, AZƏRTAC

Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.

AZƏRTAC xəbər verir ki, nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrinə həsr olunmuş nitqində “soyqırımı” sözünü işlədib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.

Türk, məhsəti türkü və Azərbaycan icmalarının nümayəndələri küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı keçirdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər. Türk və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.