SİYASƏT


Vaşinqtonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib VİDEO

Vaşinqton, 11 may, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz, ADA Universitetinin “Bir müəllimin manifesti” proqramı çərçivəsində bu ölkəyə gələrək uzunmüddətli təlimlərdə iştirak edən müəllim heyəti və səfirliyin əməkdaşları iştirak edib.

Mərasimdə səfir Xəzər İbrahim müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb. Bildirilib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıbdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar hadisədir.

Səfir Qarabağın, xüsusilə Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, torpaqlarımızın işğaldan azad olunmasının və suverenliyimizin möhkəmlənməsinin Ümummilli Liderin uzaqgörən strategiyasının və Azərbaycan Prezidentinin səylərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Daha sonra tədbirdə müəllim heyətinin bir sıra üzvləri çıxış edərək Ulu Öndər barədə xatirələrini bölüşüb, müəllim peşəsinə verilən önəmə görə dərin minnətdarlıqlarını çatdırıblar.

Tədbir zamanı Ümummilli Liderin büstü önünə güllər qoyulub, həyat və yaradıcılığı haqqında qısametrajlı film nümayiş etdirilib, əziz xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.