SİYASƏT


Ulu öndər Heydər Əliyevin fədakarlığı, uzaqgörənliyi, qətiyyəti Azərbaycanı inkişaf yoluna gətirib çıxarıb VİDEO

Vaşinqton, 13 dekabr, AZƏRTAC 

ABŞ paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, səfirliyin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu və misilsiz xidmətlərindən söhbət açıb. O, Heydər Əliyevin şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi inkişaf yoluna gətirdiyini xatırladıb.

Diplomatik sahədə Ümummilli Liderin çoxsaylı uğurlarından danışan səfir onun şəxsiyyətinin çapı və müdrikliyi sayəsində Azərbaycan liderinin digər dünya liderləri ilə bərabər səviyyəli tərəf müqabilləri kimi işbirliyi gördüyünü və bunun da Azərbaycanın dünyada mövqeyinin güclənməsinə səbəb olduğunu bildirib. Səfir Heydər Əliyevin ABŞ-a səfərlərini və keçirdiyi yüksək səviyyəli görüşlərini xatırladıb. Daha sonra tədbirə qatılan qonaqlar dahi şəxsiyyət barəsində fikirlərini bölüşüblər.

Həmçinin, anım günü çərçivəsində səfirlik tərəfindən ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Bu münasibətlə təşkil edilmiş mərasimdə Qida Bankının Hökumətlə Əlaqələr üzrə direktoru Nensi Smit və bankın nümayəndəsi Ney Kinnel Azərbaycanın ABŞ-dakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin büstü qarşısında gül çələngi qoyub. Daha sonra keçirilmiş görüş zamanı Nensi Smit Azərbaycanın Ümummilli Liderinin anım günü ilə bağlı ölkəmizin Merilend Qida Bankına yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Xatırladaq ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylayır. Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində minlərlə ehtiyacı olan insan yeməklə təmin olunacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Çikaqo 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.