Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vaşinqtonun Cənubi Qafqaz ssenarisi: 2019-cu ilin riskli proqnozları

Vaşinqtonun Cənubi Qafqaz ssenarisi: 2019-cu ilin riskli proqnozları

ABŞ-ın “Stratfor” analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. Onun qənaətlərinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. “Stratfor” hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Bu zaman Ermənistana silah satışı, Gürcüstana isə silah satışı ilə yanaşı, birgə hərbi təlimlər keçirmək də təklif ediləcək. Azərbaycan ilə münasibətə gəlincə, Amerika tərəfindən İranla iqtisadi və enerji sahəsində əlaqələrdən imtina etmək təklif oluna bilər. Bütün bunlar son nəticədə regionun geosiyasi mənzərəsində riskləri artıra bilər. Həmin aspektdə “Stratfor”un proqnozları əsasında Cənubi Qafqazda növbəti ildə geosiyasi dinamikanın dəyişməsinin analizi üzərində dayanmağa ehtiyac görürük.

Öz marağı naminə: ABŞ-ın təhlükəli məqsədləri

“Stratfor”un 2019-cu il üçün hazırladığı analitik hesabatda Cənubi Qafqaz və Mərkəzi Asiya faktorları da ciddi yer tutur. Cənubi Qafqaza analitik mərkəz ABŞ-Rusiya qarşıdurmasının bir fraqmenti kimi baxır. Bu yanaşma hansı məqamlarla bağlı ola bilər? Yəni nəyə görə geosiyasi baxımdan əhəmiyyətli olan bu region böyük güclərin savaş meydanı olmalıdır?

“Stratfor” hesab edir ki, Amerikanın gələn il üçün əsas hədəflərindən biri Rusiyanı geosiyasi məkanda sıxışdırmaqdan ibarət olmalıdır. Bunun üçün Rusiyanın sərhədləri boyu yerləşən keçmiş sovet respublikalarının ərazisindən istifadə edilməlidir. Buraya siyasi, iqtisadi, enerji sferaları ilə yanaşı, hərbi sahə də daxildir. Konkret deyilsə, Vaşinqton Rusiyaya qonşu olan keçmiş sovet respublikaları ilə əlaqələrində silah satışını və hərbi manevrlər etmək variantlarını da nəzərdə tutur.

KİV-də yayılan məlumatlara görə, Amerika rəsmiləri Ermənistana silah satmağı və Gürcüstanda hərbi manevrlər keçirməyi vəd edib. Silah satışı məsələsinə Azərbaycanı da daxil etmək planları haqqında yazılar dərc olunur.

Bütün bunları ABŞ Cənubi Qafqazda Rusiyaya təzyiqləri gücləndirmək məqsədi ilə edəcək (bax: The U.S. Zeroes in on Russia's Borderlands / “Stratfor”, 15 noyabr 2018). Eyni zamanda, Vaşinqton Cənubi Qafqaz dövlətləri ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Burada iqtisadi stimullaşdırma da öz yerini tapacaq. Rusiya isə hibrid savaşın özünəməxsus taktikası ilə deyilənlərə cavab verməyə çalışmaqla bütün bunlardan Qərb və ABŞ-a müqavimət vasitəsi olaraq istifadə edəcək. Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, Amerika gələn il Rusiyadan asılı olan və təsir edə bildiyi ölkələri ondan uzaqlaşdırmaq taktikası ilə hərəkət etməyi planlaşdırır. Rusiya isə bunu əngəlləmək üçün əlində olan bütün vasitələrdən yararlanacaq.

Məsələyə daha konkret səviyyədə baxdıqda, daha maraqlı məqamlar üzə çıxır. Çünki Amerika öz geosiyasi məqsədinə nail olmaq üçün Cənubi Qafqaz ölkələrinin hər birinə fərqli yanaşma nümayiş etdirmək fikrindədir. “Stratfor”un analitikləri hesab edirlər ki, Amerika Ermənistana daha çox təsir etməyi düşünür. Vaşinqton Ermənistan hökuməti ilə əlaqələri möhkəmləndirməyə diqqət yetirəcək (bax: əvvəlki mənbəyə). Bunun üçün ABŞ Ermənistanla Rusiya arasında soyuqluq yaratmaq taktikasını davam etdirəcək.

Məhz buna görədir ki, Con Bolton İrəvanda Ermənistana silah satıla biləcəyindən bəhs edib. “Stratfor” bununla bağlı vurğulayır: “Baxmayaraq ki, Ermənistan sona qədər Rusiya ilə strateji yaxınlıqdan imtina etməyəcək, onlar arasındakı siyasi ixtilaflar Birləşmiş Ştatlara Moskvanın əyalətdəki açar müttəfiqini ondan ayıra bilmək imkanı yarada bilər” (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Amerika Rusiya ilə Cənubi Qafqazda aparacağı intriqa oyununu başlıca olaraq Ermənistan üzərindən qurmağı planlaşdırır. Burada Gürcüstanın Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşı olması faktı yada düşür. Ancaq Vaşinqton öz müttəfiqini bu işin önünə atmaq istəməz. Eyni zamanda, "Stratfor"un hesabatında vurğulanır ki, Gürcüstana silah satışı davam edəcək və onun ərazisində hərbi təlimlər keçirilib Moskvaya bu üsulla müəyyən mesajlar veriləcək.

Görünür, burada Abxaziya və Cənubi Osetiya məsələləri də xeyli aktuallaşa bilər. Məlumdur ki, hər iki regionda Rusiya hərbi kontingenti vardır. Çətin ki, NATO onlara birbaşa müdaxilə etsin, lakin Rusiya hərbçilərinin lap yaxınlığında Şimali Atlantika Alyansı əsgərlərinin manevrlər etməsi Moskvaya xoş gəlməyəcək. Cavabı nə olacaq? "Stratfor" bu barədə konkret fikir bildirmir.

İkili standartlar qalır: təcavüzkara silah, onun qurbanına təzyiq cəhdi

Azərbaycan məsələsi də analitik hesabatda yer alıb. “Stratfor”un analitikləri hesab edirlər ki, Vaşinqton Azərbaycandan Rusiyaya qarşı deyil, İrana qarşı istifadə etməyə çalışacaq (bax: əvvəlki mənbəyə). Analitik mərkəz Azərbaycanı Ermənistanın başlıca düşməni kimi təqdim edir. Ancaq Bakı ABŞ-ın diqqətini çəkəcək. Söhbət İrandan getdikdə, Azərbaycan faktoru xüsusilə aktuallaşır. “Azərbaycanın cənub qonşusu ilə münasibətləri gərgin olacaq, belə ki, hökumət (Azərbaycan hökuməti nəzərdə tutulur – red.) ABŞ-ın İranı durdurmaq strategiyasında iştirak etməklə xarici siyasətdəki balansı saxlamağa can atacaq” (bax: əvvəlki mənbəyə).

Hesab edirik ki, Azərbaycanla bağlı ifadə edilən proqnostik fikirlər reallığa uyğun deyil. Çünki Azərbaycan müstəqil siyasət yeridir və ona kimsə öz maraqlarını diqtə edə bilməz. Bundan başqa, iki ölkə arasında yaxın əlaqələr mövcuddur və Bakının bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində olduğu barədə informasiya yoxdur. Əksinə, Azərbaycanla İranın "Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində “Şimal-Cənub” və “Cənub-Qərb” dəhlizləri boyu əməkdaşlıq etməkdə qərarlı olduqları bildirilir. Deməli, Azərbaycandan İrana qarşı istifadə etmək haqqında söylənən fikirlər daha çox təbliğat xarakteri daşıyır. Bununla yanaşı, deyilənlər ABŞ-ın Cənubi Qafqaz siyasətinin maraqlı bir cəhətini də dərk etməyə imkan verir.

Yuxarıdakı təhlildən aydın olur ki, Amerika öz maraqlarını təmin etmək üçün Ermənistandan Rusiyaya, Azərbaycandan isə İrana qarşı istifadə etmək niyyətindədir. Ermənistandan suverenlik və təhlükəsizliyi təmin etmək, Azərbaycandan isə radikal dini təsirdən qorunmaq və sabitliyi təmin etmək bəhanəsi ilə istifadə edilməyə çalışılacaq. Ermənistanla vəziyyət aydındır: onlar özlərinə yeni, daha güclü ağa axtarışındadırlar. Azərbaycanla isə bu cür hoqqalar keçməz. İstənilən gücün Azərbaycanı İranla pis etmək cəhdi boşa çıxacaq.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi kontekstində Vaşinqtonun Cənubi Qafqaz siyasətinin ciddi bir qüsuru meydana çıxır (əgər “Stratfor” həqiqəti ifadə edirsə). Çünki Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın ərazisinin 20 faizini havadarlarının yardımı ilə işğalda saxlayır. Belə bir ölkəni öz qanadı altına çəkib, ona demokratik don geydirməyə çalışmaq həmsədr dövlət kimi Amerikaya nə dərəcədə uyğundur? Bununla Vaşinqton təcavüzkarı daha da gücləndirib, onun aqressivliyinə haqq qazandırmırmı?

Əlbəttə, qazandırır. Üstəlik, regiondakı münaqişələrin həllini daha çətin vəziyyətə salır. Çünki faktiki olaraq regionda yeni bir gərginliyin əsasını qoyur. Belə bir şəraitdə nə Rusiya, nə də İran münaqişələrin həllində maraqlı ola bilməzlər. Onlar öz rəqibləri olan Amerikaya qarşı fəaliyyətlərini gücləndirməyə çalışacaqlar. O cümlədən münaqişə zonalarında təxribatlara getmələri də istisna deyil.

Bunlar onu təsdiq edir ki, “Stratfor”un təqdimatında ABŞ-ın 2019-cu ildə Cənubi Qafqazla bağlı nəzərdə tutduğu siyasi kurs real olaraq regionu yeni gərginlik dalğası üzərinə ata bilər. Vaşinqton öz liderliyini təmin etmək üçün Cənubi Qafqaz ölkələrini növbəti ixtilaflar girdabına sürükləyər. Burada onun başlıca rəqibləri kimi Rusiya və İran çıxış edir. Deməli, regionun iki böyük dövləti faktiki olaraq Cənubi Qafqazda ABŞ-la savaşmalı olacaq. Bu savaş müharibənin bütün üsullarını özündə ehtiva edə bilər.

Amerikanın Cənubi Qafqaz siyasətində müsbətə doğru hansısa real dəyişiklik etmək fikrində olmadığı yuxarıdakı müddəalardan və proqnozlardan aydın görünür. “Stratfor”un analitik hesabatında münaqişələrin həlli perspektivindən qətiyyən söz açılmır. Bu o deməkdir ki, 2019-cu ildə də Qərb regiondakı münaqişələrin həll oluna biləcəyini proqnozlaşdırmır. Onun əsas məqsədi Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaqdır. Bundan sonra Qərb ikili standartlardan imtina edib münaqişələri ədalətli həll etməyə çalışacaqmı?

Heç inandırıcı deyil. Çünki Amerikanın bugünkü fəaliyyət üsulu ədalətli mövqedən çox uzaqdır. Onun sonradan dəyişmək kimi bir qayğısı da yoxdur. Bu qənaət belə bir fikri təsdiqləyir ki, Amerika Cənubi Qafqazda hegemon qüvvə olsa, regionda heç də daha yaxşı geosiyasi mənzərə yaranmayacaq. İraq və Suriyada Vaşinqtonun kimləri dəstəklədiyini xatırlamaq kifayətdir.

Əgər “Stratfor” olacaqları indidən vurğulayırsa, onda Cənubi Qafqazda sadəcə köhnə problemlər yeniləri ilə əvəz ediləcək. Həmin problemlərin geosiyasi və hərbi mahiyyəti indidən qeyri-müəyyən olduğuna görə, vəziyyət daha da qəlizləşəcək. Yəni region dövlətləri üçün yeni bir çətin teorem yaradılır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib