SİYASƏT


Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb

Vaşinqton, 25 fevral, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb.

25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir. Lövhələr əsasən paytaxtın əsas nəqliyyat dayanacaqları və yol qovşaqlarında, şəhər sakinlərinin, qonaqların və turistlərin sıx olduğu yerlərdə yayımlanıb.

AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.