ELM VƏ TƏHSİL


“Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” kitabı nəşr olunub

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” kitabı “Elm və təhsil” nəşriyyatında   çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda ezamiyyətdə olmuş müəllif kitabda Apostol Kitabxanasında və Məxfi Arxivdə saxlanılan, Azərbaycana aid əsərlərin siyahısı barədə ətraflı məlumat verib.

Nəşrin elmi redaktoru, institut direktorunun elmi işlər üzrə müavini, filologiyaelmləri doktoru Paşa Kərimovdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.