MƏDƏNİYYƏT
Vatikan muzeylərinin fəaliyyəti bərpa edilib
Bakı, 2 iyun, AZƏRTAC
Papa kolleksiyaları və dahi Mikelancelo və Rafaelin divarüstü rəsmlərini (freskalarını) nümayiş etdirən Vatikan muzeyləri iki aylıq karantindən sonra qapılarını ziyarətçilərin üzünə açıb. Eksponatlara baxmaq üçün artıq 1600 nəfər bilet alıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə muzeylər direktoru Barbara Yatta məlumat verib.
“Bizdə yaxşı xəbər var. Muzeylərə 1600 ziyarətçinin gəlişi gözlənilir. Növbəti gün üçün isə mindən çox bilet sifariş olunub. Bilet əldə edənlərin çoxu yerli vətəndaşlar olsa da biz hər şeydən razıyıq”, - deyə B.Yatta bildirib.
Qeyd olunub ki, muzeylərin açılışı böyük bir bayramdır və bu münasibətlə ziyarətçilər üçün xüsusi hədiyyələr hazırlanıb. Eyni zamanda, bərpadan sonra Rafael otaqlarına (stanzelərə) aid olan Konstantin zalı tamamilə açılıb. Bu, rəssamın freskalar ilə rənglədiyi papaların keçmiş ibadət otaqlarından biri sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]