SİYASƏT


Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Pontifik Şərq İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, sənəd nazir Elmar Məmmədyarovun Müqəddəs Tax-Taca səfəri zamanı bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşündə imzalanıb.

Görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Elmar Məmmədyarov ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu deyib. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələr haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.