İDMAN


Vatikanda yüngül atletika üzrə komandanın təqdimatı olub

Bakı, 12 yanvar, AZƏRTAC

Vatikanda yüngül atletika üzrə komandanın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, komandanın heyətində 60-dan çox qaçış həvəskarı, o cümlədən keşişlər, İsveçrə qvardiyaçıları, Roma kuriyasının nümayəndələri, Vatikan muzeylərinin işçiləri, aptekçi, Apostol kilsəsinin 60 yaşlı əməkdaşı, hətta rahibə təmsil olunublar. Komanda üzvləri tədbirə Vatikanın gerbi təsvir olunmuş, göy rəngli eyni məşq kostyumlarında gəliblər.

Təqdimat zamanı İtaliya Milli Olimpiya Komitəsi ilə saziş imzalanıb. Bu, Vatikan atletlərinin rəsmi status almalarına və beynəlxalq turnirlərdə iştirak etmələrinə imkan verəcək.

Romada “La Corsa di Miguel” yürüşü komandanın ilk rəsmi startı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.