DÜNYA


Vatikanın sözçüsü: Papa Fransiskin vəziyyəti hazırda qənaətbəxşdir

Vatikanın sözçüsü: Papa Fransiskin vəziyyəti hazırda qənaətbəxşdir

Vatikan, 30 mart, AZƏRTAC

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni xəstəxanada müalicə olunan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyətinin getdikcə yaxşılaşdığını bildirib.

AZƏRTAC xəbər verir ki, M.Bruni xəstəxanaya yerləşdirilən və tənəffüs yolu infeksiyası diaqnozu qoyulan Papa Fransiskin gecə yaxşı istirahət etdiyini deyib. Qeyd edib ki, klinik mənzərə getdikcə yaxşılaşır və planlaşdırılan müalicələr davam edir.

Papa Fransisk xəstəxana kilsəsində dua edib, dəstək mesajları üçün hər kəsə təşəkkürünü bildirib.

İtaliya Prezidenti Sercio Mattarella da Papa Fransiskə həmrəyliyini bildirib, tezliklə sağalması üçün ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, 86 yaşlı Fransisk ötən gün təcili yardım avtomobili ilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına yerləşdirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.