İQTİSADİYYAT


“Vaxt, iş və prioritetlərin idarə edilməsi” mövzusunda təlim

Bakı, 4 dekabr, AZƏRTAC

Maliyyə sahəsi üzrə ekspert Volfgang Rautenberg Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzi (MDM) əməkdaşları üçün “Vaxt, iş və prioritetlərin idarə edilməsi” mövzusunda təlim keçirib.

MDM-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə vaxtın düzgün planlaşdırılmasının üstünlükləri, bu zaman ən çox yol verilən səhvlər, işin qrafikə salınmasının vacibliyi, məqsədin müəyyən edilməsi qaydaları və digər məqamlar əhatə olunub və mövzular ətrafında məzmunlu müzakirələr aparılıb.

Tədbir “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati və məlumat dəstəyini təmin etməkdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.