SİYASƏT


Vayra Vike-Freyberqa: Azərbaycan bərpaolunan enerji növlərinin habına çevrilməkdədir

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan “yaşıl”, bərpaolunan enerji növlərinin habına çevrilməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışında bildirib.

Bərpaolunan enerji növlərinin dünyanın gələcəyi olduğunu vurğulayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri deyib: “Azərbaycan təkcə malik olduğu təbii resurslara və ənənəvi enerji daşıyıcıları ehtiyatlarına arxalanmır, həm də yeni texnologiyaların işlənməsinə böyük investisiyalar qoyur. Bu isə planetimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, Azərbaycan enerji daşıyıcılarının Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.