ELM VƏ TƏHSİL


Veb-hostinq proqramlarının müqayisəli təhlili aparılıb

Bakı, 8 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar “Veb-hostinq proqramlarının müqayisəli təhlili” mövzusuna həsr olunub. Məruzəni təqdim edən şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov veb-hostinqlərin idarəsində istifadə olunan proqram təminatlarını diqqətə çatdırıb. Buraya “cPanel”, “Webmin”, “ISPmanager”, “DirectAdmin”, “Plesk” və s. daxil olduğunu deyib.

Sonra məruzəçi “cPanel” proqram təminatı, WHM (Web Host Manager) haqqında da məlumat verib.

Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri, dosent Rəşid Ələkbərov veb-hostinq proqramları ilə bağlı tədqiqatların davam etdirilməsi üçün tövsiyələrini verib, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.