ELM VƏ TƏHSİL


Vebinar: Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu iyunun 14-ü saat 15:00-da “Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq” adlı vebinar təşkil edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarın spikerləri riyaziyyat fənni üzrə mütəxəssis Vüqar Musayev, təbiət fənləri üzrə mütəxəssis Yalçın İslamzadə, tədbirin moderatoru isə Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq.

Tədbir institutun rəsmi feysbuk səhifəsi üzərindən həyata keçiriləcək.

Vebinarın keçirilməsində əsas məqsəd ictimaiyyəti təhsil proqramlarının və tədris resurslarının yenilənməsi prosesi ilə tanış etməkdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu milli təhsil sistemində keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün bir sıra fəaliyyətləri icra edir. Bu məqsədlə bacarıq əsaslı təhsili dəstəkləmək üçün təhsil proqramları və tədris resursları təkmilləşdirilir.

Təhsil proqramlarının və tədris resurslarının təkmilləşdirilməsi prosesinə Sinqapurun təhsil şirkətləri cəlb olunub. Son illərdə sinqapurlu şagirdlər beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nəticələr göstərirlər. Bunu nəzərə alaraq Azərbaycanda da bu istiqamətdə uğurlu nəticələrin əldə edilməsi üçün Sinqapurun təhsil şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri yaradılır. Bu əməkdaşlıq çərçivəsində riyaziyyat və təbiət fənləri üzrə təhsil proqramlarının və dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.