ELM VƏ TƏHSİL
Vebinarda nanokimya və insan orqanizmində nanohissəciklərin müasir üsullarla təyini haqqında danışılıb
Bakı, 29 yanvar, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Tibb Universitetinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə “Nanokimya və insan orqanizmində nanohissəciklərin müasir üsullarla təyini” mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbir institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin moderatorluğu ilə reallaşdırılıb.
Azərbaycan Tibb Universitetinin müəllimi Kəmalə Bədəlova təqdimatla çıxış edərək nanokimyanın insan orqanizminə təsiri, nanohissəciklərin müasir üsullarla təyini mövzularına toxunub, həmçinin skan elektron mikroskopiyası (SEM), İCP-MS cihazı haqqında iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, vebinarlar növbəti aylarda davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]