SİYASƏT


Vedat Bilgin: Dünya birliyi Ermənistan silahlılarının Azərbaycanın dinc sakinlərini öldürməsinə susmamalıdır

Minsk, 6 iyul, AZƏRTAC

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dinc sakinlərini öldürməsi insan haqlarının, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır və dünya birliyi bu məsələyə susmamalıdır, təpki göstərməlidir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Vedat Bilgin deyib.

V.Bilgin vurğulayıb ki, Ermənistan Azərbaycanın torpaqlarını hələ də işğal altında saxlayır və hərbi təcavüzünü davam etdirir: “Ermənistan silahlılarının azərbaycanlı nənə və nəvəni qətlə yetirməsi çox üzücü bir hadisədir və vandalizm aktıdır. Beynəlxalq təşkilatlar, dünya birliyi bu hadisəyə biganə yanaşmamalıdır”.

Onun sözlərinə görə, Ermənistanın işğal faktına bu cür biganəlik nəticə olaraq dinc sakinlərin öldürülməsinə səbəb olur. “Türkiyə olaraq biz bu hadisəni kəskin şəkildə qınayırıq və digər ölkələri də Ermənistanın bu təcavüzünü pisləməyə çağırırıq”, - deyə Vedat Bilgin vurğulayıb.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri Sahibə Quliyeva və onun nəvəsi Zəhra Quliyeva həlak olub, Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.