CƏMİYYƏT


Vedat Bilgin: Sosial və səhiyyə sığortası ilə bağlı problemlərin həlli istiqamətində görüləsi müəyyən işlər var VİDEO

İstanbul, 20 may, AZƏRTAC

Hazırda ölkələrimiz arasında sosial sahə üzrə mövcud əlaqələrin inkişafı istiqamətində iki prioritet məsələ mövcuddur. Bunlardan birincisi iş həyatının bütün sığorta sisteminin işçiləri qoruyacaq şəkildə inkişaf etdirilməsini özündə əks etdirən Beynəlxalq Əmək Təşkilatı normaları çərçivəsində təşkil edilməsidir. Mövzu ilə bağlı fəaliyyət planlarımız var və biz onları genişləndirməkdə davam edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin ifadə edib.

Digər fəaliyyət planının sosial və sağlamlıq sığorta sistemi ilə bağlı olduğunu qeyd edən nazir V.Bilgin deyib: “Ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətlərindən biri də Türkiyəyə gələn, və ya burada yaşayan Azərbaycan vətəndaşlarının üzləşdikləri səhiyyə problemləri ilə bağlı müraciətlərinin həllini əhatə edir. Bu, Azərbaycana gedən və ya orada yaşayan Türkiyə vətəndaşlarına da şamil olunur. Bu istiqamətdə istər qurumlarımız, istərsə də səhiyyə müəssisələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüləsi müəyyən işlər var. Bu işlər həll edildikdən sonra hər iki ölkənin işləyən vətəndaşlarının Azərbaycan və ya Türkiyədə olmasından asılı olmayaraq, sosial və səhiyyə sığortası problemləri aradan qaldırılacaq”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.