REGİONLAR


“Vəhdət” Sosial İctimai İnkişaf Birliyi Masallının Boradigah qəsəbəsində 350 ailəyə ərzaq yardımı edib

Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC

Bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası istiqamətində Masallı rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə çətin günlərdə rayonda insanlara maddi və mənəvi kömək göstərmək əsl vətəndaşlıq məsuliyyətinə çevrilib. Masallının iş adamları, imkanlı şəxslər, xeyriyyəçilər həmyerlilərinə maddi və mənəvi yardım edirlər.

Masallı rayonunun Boradigah qəsəbəsindəki “Vəhdət” Sosial İctimai İnkişaf Birliyinin əməkdaşları “Evdə qal!” kampaniyasına quşularaq yaşı 60-dan yuxarı olan vətəndaşlara, şəhid və aztəminatlı ailələrə, işaxtaranlara, ümumilikdə 350 ailəyə ərzaq bağlamaları paylayıblar.

Qəsəbə sakinləri bu çətin günlərdə onları yad edən, kömək əlini uzadan aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.