SİYASƏT


Veinsztok İsrael: Azərbaycan yəhudilərin antisemitizmə məruz qalmadığı yeganə ölkədir

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük Britaniyada yaşayan yəhudi icmasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Səməd Seyidov Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını söyləyib. Qeyd edib ki, Azərbaycanda yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını deyib. O, Azərbaycanda yəhudilərə göstərilən diqqət və hörmətdən danışıb. Bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildir məskən salıblar. Burada yəhudilər heç vaxt sıxışdırılmayıb, antisemitizmə məruz qalmayıblar.

Azərbaycanda bütün dini nümayəndələr üçün gözəl şəraitin yaradıldığını deyən Yevda Abramov qeyd edib ki, dövlət tərəfindən yəhudilərə öz dillərində təhsil almaq, öz mədəniyyətlərini sərgiləmək üçün hər cür şərait yaradılıb. Ölkədə 6 yəhudi icması, 10-a yaxın sinaqoq fəaliyyət göstərir. Bu da özlüyündə Azərbaycanın tolerantlığının bariz nümunəsidir.

Nümayəndə heyətinin rəhbəri Veinsztok İsrael Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğının təqdirəlayiq olduğunu vurğulayıb. "Azərbaycan yəhudilərin yaşadığı yeganə ölkədir ki, burada onlar antisemitizmə məruz qalmayıblar", - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Veinsztok İsrael, həmçinin İsrail-Azərbaycan münasibətlərinin inkişafını sevindirici hal kimi qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.