REGİONLAR


Vəkillər Kollegiyası Rəyasət Heyətinin Sumqayıtda səyyar iclası keçirilib

Sumqayıt, 11 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Oktyabrın 11-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, qurumun sədri Anar Bağırov iclasda çıxış edərək Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.

İclasın gündəliyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri və bir qrup vəkillər “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə təltif edilib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında keçirilən icbari təlimi uğurla başa vurmuş namizədlər and içiblər.

İlk dəfə regionda keçirilən andiçmə tədbirində 80 namizəd Vəkillər Kollegiyasına üzv qəbul edilib. Onlara müvafiq sənəd və döş nişanı təqdim olunub.

Yeni üzvləri təbrik edən Anaq Bağırov bununla da vəkillərin sayının 1635-ə çatdığın vurğulayıb. O, yeni üzvlərə ədalətli, prinsipial, vəkillik peşəsinin nüfuzunu daim uca tutmağı tövsiyə edib.

İclasda gündəlikdəki digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.