CƏMİYYƏT


Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 10-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişi, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərarlar qəbul edilib. Həmin şəxslər kollegiyaya üzv qəbul edilərək vəkil andı içiblər.

Eyni zamanda, vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabrın 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə biləcəkləri barədə qərar qəbul edilib.

Bundan başqa, iclasda Vəkillərin İntizam Komissiyasının sabiq üzvü, mərhum vəkil Sərdar Qasımovun adının “Vəkillərin şərəf kitabı”na daxil edilməsi qərara alınıb.

İclasda, həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.