CƏMİYYƏT


Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 18 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, kollegiyanın sədri Anar Bağırov iştirakçılara qurumun fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zəruriliyi barədə məlumat verib.

İclasda vəkil qurumlarının növbətçilik siyahıları təsdiqlənib.

Sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması, bəzi namizədlərin kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içiblər.

Eyni zamanda, iclasda Bakı şəhəri 27 saylı vəkil bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

İclasda bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.