CƏMİYYƏT
Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, onlayn şəkildə keçirilən iclasda sədr Anar Bağırov kollegiyanın fəaliyyəti barədə məlumat verib, ölkəmizdə reallaşdırılan məhkəmə-hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, vəkillərin hakimlər, istintaq orqanlarının əməkdaşları və digər proses iştirakçıları ilə qeyri-prosessual münasibətlərə yol verməmələrinin əhəmiyyəti barədə danışıb.
Onlayn iclasda vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması, eləcə də “Ensis” təsis olunması ilə bağlı məsələlərə baxılaraq, müsbət qərar verilib.
İclasda bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən cari məsələlərə baxılıb.