CƏMİYYƏT


Vəkillər Kollegiyası beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir

Bakı, 19 may, AZƏRTAC

Mayın 18-də ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark və ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov Vəkillər Kollegiyasında olublar.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.

Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.

A.Bağırov ABŞ-ın arbitraj sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəmizdə təcrübə mübadiləsinin aparılmasının, xüsusilə də vəkillər üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu və bu sahədə əməkdaşlığın qurulmasına müsbət baxdığını diqqətə çatdırıb.

Skip Mark Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığı qurulmasını yüksək qiymətləndirib. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını qeyd edib.

Sonra müzakirələr davam edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.